Modern.az

Sabah qar yağacaq

 Sabah qar yağacaq

Təhsil

5 Mart 2013, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin modern.az-a verdiyi məlumata görə, sabah da ölkə ərazisində soyuq hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, küləkli, arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, gecə və gündüz 2-5 dərəcə isti olacaq, axşama doğru isə temperatur 0 dərəcəyə yaxınlaşacaq.


Azərbaycanın rayonlarında isə hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin  əvvəlcədən verdiyi məlumata görə martın 04-ü günün ikinci yarısından başlayaraq 05-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit, güclü küləkli və yağıntılı olub, dağlıq rayonlarda qar yağıb. 


Ən çox düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 36.0 mm, Zaqatalada 26.0 mm, Ağstafada 12.0 mm, Rvarudda (Lerik) 8.0 mm, Gədəbəy, Göygöl, Ağdərədə (Ordubad) 6.0 mm, Kişçay (Şəki), Mərəzə, Şəkidə 5.0 mm, Gəncə, Ceyrançöl, Tovuzda 4.0 mm, Naxçıvan, Daşkəsən, Oğuz, Şamaxı, Mingəçevirdə 3.0 mm, Quba, Yardımlı, Sabirabad, Şahbuz, Culfada 2.0 mm, Tərtər, Yevlax, İmişli, Kürdəmir, Cəfərxan, Qazıməmməd, Neftçala, Lənkəran, Astara, Göytəpə, Şərur, Ordubad, Naftalan, Şəmkir, Xaçmazda, eləcə də Bakıda və Abşeron yarımadasında 0.0-1.0 mm olub. 

Qar örtüyünün hündürlüyü: Sarıbaşda 26 sm, Ağdərədə 12 sm təşkil etmişdir.
Küləyin sürəti: Qərb küləyi Naftalanda 30 m/s, Bərdədə 27 m/s, Daşkəsəndə 25 m/s, Tərtərdə 24 m/s, Xaçmaz, Göytəpə, Lənkəranda 20 m/s, Altıağacda 19 m/s, Yevlaxda 16 m/s təşkil etmiş, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 19-25 m/s-dək güclənmişdir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza