ABŞ-ın Baş prokuroru Merrik Qarland Ukraynaya səfər edib.
Modern.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Qarlandın ukraynalı həmkarı İrina Venediktova ilə görüşü planlaşdırılır.
Görüş zamanı Ukraynada hərbi cinayətlərin törədilməsində iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi müzakirə olunacaq.