Modern.az

Ukrayna taxılı ilə bağlı İstanbulda vacib GÖRÜŞ 

Ukrayna taxılı ilə bağlı İstanbulda vacib GÖRÜŞ 

21 İyun 2022, 18:35

Ukrayna limanlarından taxılın çıxarılması ilə bağlı vacib görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, NTV telekanalı görüşün Türkiyənin İstanbul şəhərində baş tutacağını bildirib.

 

Görüşdə Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmilərinin iştirak edəcəyi planlaşdırılır.

 

Qeyd edək ki, Rusiyanın hücumu nəticəsində Ukraynadan taxılın tədarük edilməsində problemlər yaranıb. Türkiyə taxılın ixracı üçün Rusiya, Ukrayna və BMT ilə danışıqlar aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi