Modern.az

Rusiyanın Su-25 qırıcısı qəzaya uğradı - Pilot öldü

Rusiyanın Su-25 qırıcısı qəzaya uğradı - Pilot öldü

21 İyun 2022, 21:48

Rusiya ordusuna məxsus Su-25 hücum təyyarəsi planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

 

Qəza Rostov vilayətində baş verib. Pilot qəza zamanı ölüb. İlkin məlumatlara əsasən, Su-25-in qəzaya uğramasına texniki nasazlıq səbəb olub.

 

“İzvestiya” qəzetinin xəbərinə görə, hücum təyyarəsi çox aşağı hündürlükdə uçub. Bəzi teleqram kanalları yazır ki, təyyarə pilotun səhvi ucbatından elektrik xəttinə dəyib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi