Modern.az

Əfqanıstandakı zəlzələdə ölənlərin sayı 1000-ə çatır - YENİLƏNİB

Əfqanıstandakı zəlzələdə ölənlərin sayı 1000-ə çatır - YENİLƏNİB

22 İyun 2022, 13:20

Əfqanıstanın Paktika vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 950 nəfəri ötüb.

 

Modern.az xəbər verir ki, rəsmilər təbii fəlakət nəticəsində 600 nəfərin yaralandığı bildirilirlər. Ölü sayının artacağı istisna edilmir.

 

***

10:09

 

Əfqanıstanın cənub-şərqində və qonşu Pakistanda baş verən güclü zəlzələ nəticəsində 155 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Taliban administrasiyasının təbii fəlakətlər üzrə nümayəndəsi Məhəmməd Nassim Haqqani bildirib.

 

****

09:36

Əfqanıstanın cənub-şərqindəki Paktika və Xost əyalətlərində güclü zəlzələ baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 120 nəfər həlak olub.

Bu barədə Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Cənub-qərb zonasının rəhbəri Elias Naseri bildirib.

"İlkin məlumatlara görə, Paktikanın Giyan bölgəsində 100 nəfər ölüb, Əfqanıstanın Xost vilayətinin Spera bölgəsindəki Dubay kəndində isə 20 cəsəd çıxarılıb. Qruplarımız Giyan bölgəsinə gəliblər", - Naseri deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi