Modern.az

Bəziləri niyə "R" hərfini deyə bilmir?

Bəziləri niyə

Aktual

22 İyun 2022, 11:42

"R" səsinin tələffüz edilə bilməməsi həm böyüklərdə, həm də uşaqlarda rast gəlinən səs tələffüzü qüsurudur.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, defektoloq-loqoped Aygün Mehdiyeva bildirib.

 

A.Mehdiyeva qeyd edib ki, adətən dil əzələlərinin passiv, az hərəkətli, dilaltı pərdənin qısalığının olması ilə, bəzən isə uşaqlar valideynlərini təqlid etməklə, baş beyin qabığının funksional dəyişməsi ilə şərtlənə bilir:

 

"Vaxtında, yəni 5-6 yaşdan sonra loqopedlərə müraciət olunarsa, bu qüsuru aradan qaldırmaq mümkündür. Səslərin korreksiyası daha çox təqlid və mexaniki üsullarla aparılır. Mexaniki üsul zamanı səs qoyuluşu üçün zontlardan, şpateldən və barmaqdan istifadə edilir".

 

Ekspert problemin həlli yolundan da söz açıb:

 

"Valideynlər uşağın məktəbəqədər yaş dövrünə kimi şifahi nitqin inkişafı üçün onlarla düzgün emosional kontakt qurmalı, səlis, aydın diksiyaya sahib olmalı üçün uşağın yaşına uyğun sözlər, şeirlər, oyunlar, mahnılar öyrətməlidirlər. Nitqin inkişafı üçün yaşa uyğun yuxu rejimi, qidalanma, gəzintilər, kitab oxuma, musiqi dinləmə, didaktik vasitələrdən istifadə zəruri hesab olunur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil