Modern.az

Prezidentin mətbuat katibi 35 il sonra əsgər yoldaşını tapdı - VİDEO

Prezidentin mətbuat katibi 35 il sonra əsgər yoldaşını tapdı - VİDEO

Aktual

22 İyun 2022, 16:35

Azərbaycan Prezidentinin mətbuat katibi 35 il sonra əsgər yoldaşını Özbəkistanda tapıb.

 

Modern.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sosial şəbəkə hesabında dostların illər sonra görüşünü əks etdirən görüntüləri paylaşıb.

 

“Bu videoda gördüyünüz Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov və Özbəkistanın Xarəzm vilayətindən olan Uluqbek Matniyozovdur. Qardaşlar kimi bir-birlərini qucaqladılar, yaşadıqlarını, xidmət xatirələrini, həyatlarını, işlərini xatırladılar. Çox səmimi, gözyaşardıcı görüş oldu. Bu hadisə bu gün Xivədə, Özbəkistan və Azərbaycan prezidentlərinin şəhərə səfəri zamanı baş verib. Bu görüş özbək və Azərbaycan xalqları arasında dostluğun dərin köklərinə, talelərimizin necə bir-birinə bağlı olduğuna daha bir nümunədir. Sevinirik ki, azərbaycanlı həmkarımın özbək dostu ilə görüşmək arzusunu həyata keçirə bildik və onun ad günündə bu görüşü təşkil edə bildik. Dostluğumuz əbədidir”, - deyə S.Abbasov qeyd edib.

 

Həmin görüntüləri təqdim edirik:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir