Modern.az

Səudiyyə şahzadəsi Türkiyə ilə barışmağa gəldi

Səudiyyə şahzadəsi Türkiyə ilə barışmağa gəldi

Dünya

22 İyun 2022, 18:11

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu gün Türkiyəyə səfər edib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, şahzadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

 

Agentlik qeyd edir ki, liderlər səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra pozulan əlaqələri normallaşdırmaq məqsədi ilə danışıqlar aparacaq.

 

Mərasimdən sonra liderlərin ikitərəfli görüşü başlayıb. Görüşdə iki ölkənin əlaqələri, eyni zamanda, regional və beynəlxalq hadisələr müzakirə olunacaq. Səfərin nəticələrinə əsasən, iki ölkə arasında ticarət və digər sazişlərin də imzalanması gözlənilir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi