Amerikanın "SpaceX" şirkəti Gürcüstanda "Starlink" peyk internet xidmətini işə salmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "Novosti-Georgia" məlumat yayıb.
Agentlik bildirir ki, Amerika şirkətinin nümayəndəsi artıq Gürcüstana gəlib.
"Starlink"in fəaliyyəti Gürcüstanın dağlıq bölgələrində genişzolaqlı internetə çıxışın olmadığı ucqar yaşayış məntəqələri üçün xüsusilə vacibdir.
"Starlink" qlobal peyk rabitə sisteminin layihəsidir. Bu, 2002-ci ildə İlon Mask tərəfindən əsası qoyulmuş Amerikanın "SpaceX" şirkəti tərəfindən hazırlanıb.
"Starlink" sistemi Yer kürəsinin yaxınlığında çoxlu sayda kiçik cihazları yerləşdirməklə bütün dünyada istifadəçilərin internetə çıxışını təmin etmək məqsədi daşıyır. 2019-cu ilin may ayından etibarən "SpaceX" orbitə 2000-dən çox peyk çıxarıb.
Akif İsmayılov