Modern.az

Beyləqanda pambıqçılar arasında kütləvi ZƏHƏRLƏNMƏ

Beyləqanda pambıqçılar arasında kütləvi ZƏHƏRLƏNMƏ

23 İyun 2022, 09:27

Beyləqanda pambıq yığımı zamanı 15 nəfər zəhərlənib.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlar Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

"Vətəndaşların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar", - TƏBİB rəsmisi qeyd edib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı