İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir.
Modern.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
M.Cababrov qeyd edib ki, bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9 faiz artaraq 1 milyard 188 milyon dollar təşkil edib.