Rusiyanın tanınmış müğənnisi, məşhur "Laskovıy May" qrupunun solisti Yuri Şatunov ürəktutmasından dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə müğənninin rejissoru və prodüseri Arkadi Kudryaşov “Zvezda” telekanalına bildirib.
Şatunov iyunun 23-nə keçən gecə təcili yardım maşınında dünyasını dəyişib, o, 48 yaşında idi.
Yuri Şatunov vaxtilə keçmiş SSRİ məkanında "Belıe rozı" mahnısı ilə populyarlaşmışdı.