Modern.az

Azərbaycanda təbiət adları verilən körpələr: Leysan, İstixan, Bulud, Hava, Dalğa, Üfüq...

Azərbaycanda təbiət adları verilən körpələr: Leysan, İstixan, Bulud, Hava, Dalğa, Üfüq...

Mədəniyyət

23 İyun 2022, 13:48

Azərbaycanda körpələrə təbiətə aid adların verilməsi halları artıb.

Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, təkcə 2022-ci il ərzində 271 körpəyə Yağmur adı verilib. 5 ildə isə Yağmur adı qoyulan uşaqların sayı 2887 nəfər olub. Daha 1 uşağı isə Yağmurcan adlandırıblar.

Son 5 ildə 10 körpəyə Tufan, 27 körpəyə Leysan, 1 körpəyə Leysanə adı verilib.

5 il ərzində 2032 uşağa Damla, 1 körpəyə isə Damlanur ismi qoyulub.

Maraqlıdır ki, hazırda Azərbaycanda İstixan adlı 1 körpə də böyüyür.

5 il ərzində 2 uşağa Hava, 2-sinə isə Havaxanım adı verilib.

Doğum haqqında şəhadətnaməsi verilən 6 uşağa Təbiət, 2 uşağa Boran adı qoyulub.

Valideynlər 5 il ərzində 29 uşağa Bulud, 3 körpəyə Buludxan adı verib.

Son 5 ildə Dalğa adlı 2, Dəniz adlı 4315, Dənizxan 1 körpə dünyaya gəlib.

Valideynlər 8 körpəni Şehnur, 1-ni isə Şehli adlandırıb.

5 ildə 12 körpəyə Üfüq, 918 uşağa Günəş adı verilib.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər