Modern.az

Bakı, İrəvan və Tbilisidəki səfirlər arasında GÖRÜŞ

Bakı, İrəvan və Tbilisidəki səfirlər arasında GÖRÜŞ

23 İyun 2022, 18:10

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Örl Litzenberger, Kelli Deqnan və Linn Treysi videokonfrans formatında görüş keçirib. 

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

 

Diplomatlar ABŞ-ın Cənubi Qafqaz proqramını və siyasətini müzakirə ediblər.

 

Səfirlər əməkdaşlığı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək, region xalqları üçün təhlükəsiz, sabit və firavan gələcək qurmaq naminə ABŞ-ın öhdəliklərini vurğulayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu