Modern.az

Fəhlələr qəzaya düşdü: Yaralı sayı 23-ə çatdı - YENİLƏNİB

Fəhlələr qəzaya düşdü: Yaralı sayı 23-ə çatdı - YENİLƏNİB

23 İyun 2022, 23:15

Masallıda baş verən qəzada xəsarət alanların sayı 23-ə çatıb.

 

Modern.az xəbər verir ki, onlardan 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, 17-si isə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

***

Masallıda işçiləri daşıyan mikroavtobus minik maşınları ilə toqquşub.

 

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədli kəndi ərazisində qeydə alınıb.

 

Tarlada işdən qayıdan fəhlələrin olduğu mikroavtobus iki minik avtomobilinə çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüləri və mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılardan 5-i Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, 14-ü isə bədənlərinin müxtəlif sınıq diaqnozları ilə Masallı rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı