Avropa İttifaqı Şurası Gürcüstana təşkilata üzvlüklə bağlı namizəd statusu verməyib.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabında məlumat yayıb.
O qeyd edib ki, Aİ Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verməyə hazırdır.
“Gürcüstanın gələcəyi Avropa İttifaqındadır”, - deyə Mişel bildirib.