Modern.az

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Daha bir ölkədə meymunçiçəyi aşkarlandı

Dünya

24 İyun 2022, 10:32

Kolumbiyada da meymunçiçəyinə yoluxma qeydə alınıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, virus 3 nəfərdə aşkarlanıb.

 

Səlahiyyətlilər Boqotada müəyyən edilən xəstələrin bu yaxınlarda Avropadan gəldiklərini bildiriblər.

 

Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd edilib ki, yoluxmanın aşkar edildiyi iki nəfər paytaxt Boqotadan, biri isə Medelyindən olub.

 

Şübhəlilər üzərində aparılan yoxlamalarda laboratoriya testləri müsbət çıxıb və xəstələr təcrid edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?