Modern.az

“YAŞAT”a ən çox nə ilə bağlı müraciət olub?

“YAŞAT”a ən çox nə ilə bağlı müraciət olub?

Aktual

24 İyun 2022, 11:22

“YAŞAT” Fonduna daxil olan müraciətlərin 43.13 faizi məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır". 

 

Modern.az xəbər verir ki,  bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatda deyib.

 

O qeyd edib ki, müraciətlərin 38 faizi sağlamlıq durumu ilə bağlı kömək üçün edilib:

 

"Ümumilikdə 10 215 müraciət qeydə almışıq. Onlardan 4417 şəhid ailəsi, 7 itkin hərbçilərin ailəsi, 5791 müraciət isə yaralı hərbçilərimiz tərəfindən edilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi