Modern.az

Rusiya tərəfi: Son sutkada 620 ukraynalı döyüşçü öldürülüb

Rusiya tərəfi: Son sutkada 620 ukraynalı döyüşçü öldürülüb

Aktual

24 İyun 2022, 12:58

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus daha iki Su-25 təyyarəsini vurub.

Modern.az-ın məlumatına görə, məlumatı bu gün Rusiya Müdafiə Nazirliyi yayıb.


"Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutka ərzində Xarkov vilayətinin Dolqenkoe rayonunda və Nikolayev vilayətinin Vısokopolisində iki Su-25 təyyarəsini məhv edib", - məlumatda deyilir.


Bundan əlavə, ruslar Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatı, həmçinin 5 ədəd “Toçka-U” taktiki raketini də vurduqlarını bildiriblər.

Eyni zamanda, iddia olunub ki, son sutkada Ukraynanın 620-dən çox döyüşçüsü, 19 tankı və digər zirehli texnikası məhv edilib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi