Modern.az

ABŞ şirkəti Söyüdlü yatağından imtina edir

ABŞ şirkəti Söyüdlü yatağından imtina edir

Parlament

24 İyun 2022, 13:34

Milli Məclis Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad Qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. İnvestment Group Services, LLC arasında bağlanmış sazişi təsdiq edəcək.

 

Modern.az xəbər verir ki, bununla bağlı sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunur.

 

Sazişə əsasən, əvvəllər “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında mövcud olmuş saziş “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" adlanırdı. Yenilənmiş sənədə əsasən tərəflər hər hansı minatəmizləmə əməliyyatlarının, hərbi əməliyyatların dayandırılmasına, sülh prosesinə və təhlükəsizlik tədbirlərinə baxmayaraq Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağının müəyyən ərazilərində minaların və partlamamış hərbi sursatların olması və düşmən hərəkətlərin edilməsi (hərbi, terror və digər hərəkətlər daxil olmaqla) riskin mövcudluğunu qəbul edirlər.

 

Podratçı Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağında minatəmizləmə əməliyyatlarını həyata keçirmək hüququna malikdir (lakin bu öhdəlik daşımır). Bundan əlavə, podratçı tam olaraq Söyüdlü mədən filiz yatağından imtina edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?