Azərbaycanın Türkiyəyə göndərdiyi amfibiya təyyarəsi meşə yanğınlarının söndürülməsinə cəlb olunub.
Modern.az xəbər verir ki, təyyarə bu gün səhər saatlarından etibarən Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.