Modern.az

Ukrayna Almaniya ilə silah müqaviləsi imzaladı 

Ukrayna Almaniya ilə silah müqaviləsi imzaladı 

Dünya

24 İyun 2022, 23:35

Ukrayna hökuməti Almaniyanın "Diehl Defence" şirkəti ilə hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı müqavilə imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik məlumat verib.

 

Diplomat bildirib ki, IRIS-T SL adlı sistemlərin alınması üçün imzalanan müqavilənin dəyəri 178 milyon avro təşkil edir. Bu vəsait Almaniya hökuməti tərəfindən veriləcək.

 

Sistemlərin tezliklə Ukraynaya təhvil veriləcəyi bildirilir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi