Bu gün Gürcüstanda İrakli Qaribaşvili hökumətinin istefası tələbilə mitinq keçirilib.
Modern.az xəbər verir ki, genişmiqyaslı mitinqin iştirakçıları Baş nazir əleyhinə "Get!" şüarları səsləndiriblər.
Mitinq müxalifətin “Sirtsxvilia” (“Ayıbdır”) hərəkatının vətəndaş fəalları tərəfindən təşkil olunub.
Etiraz nümayişləri "Oliqarx idarəçiliyi olmayan Gürcüstan!” şüarı altında keçirilir. Aksiyada Gürcüstanın 15 universitetinin tələbələri iştirak edir.
Narazı kütlə tələblərin yerinə yetirilməsi üçün hökumətə bir həftə vaxt verib. İyulun 3-də “Sirtsxvilia” hərəkatı Rustavelidə növbəti mitinq çağırıb. Bildirilib ki, irəli sürülən tələblər yerinə yetirilməsə, mitinqlər daimi olacaq.