Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meşə yanğınları dörd gündür davam edir.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, küləyin təsirindən yanğının əhatə dairəsi genişlənib, indiyədək alovun qarşısını almaq mümkün olmayıb.
Hazırda yanğınsöndürmə tədbirləri havadan və qurudan davam etdirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib. Dünən səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.