Modern.az

İtkin düşən 21 yaşlı qız ər evindən TAPILDI

İtkin düşən 21 yaşlı qız ər evindən TAPILDI

Hadisə

25 İyun 2022, 11:41

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən intensiv tədbirlərlə qaçırıldığı iddia olunan 21 yaşlı qızın yeri müəyyən edilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib.

 

A.Qiyaslının sözlərinə görə, qız Polis Şöbəsinə dəvət edilib: “Araşdırma zamanı ona hər hansı bir zor tətbiq edilmədiyi və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi məlum olub. Valdeynləri ilə görüşdürülüb və o bu barədə öz ailə üzvlərini də məlumatlandırıb”.

 

Qeyd edək ki, bir neçə gün öncə qızın dörd nəfər tərəfindən zorla nömrəsiz avtomobilə qoyularaq, anasının yanından qaçırıldığı barədə məlumat yayılmışdı.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım