Azərbaycanda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq. Bağçalara onlayn qəbul sistemi gələn aydan - iyuldan istifadəyə veriləcək. Prosesin mərhələli şəkildə bütün ölkə üzrə həyata keçirilməsi nəzərdə tutulur.
Lakin uşaq bağçalarına qəbulun onlayn formatda aparılmasının kənd yerlərində yaşayan vətəndaşlar üçün müəyyən çətinliklər yaradacağı ehtimal edilir. Bildirilir ki, şəhər və rayonlardan fərqli olaraq, kəndlərdə internetə çıxış imkanları əlçatan deyil. Bu baxımdan kompüter və interneti olmayan valideynlər övladlarını bağçaya qeydiyyata saldırmaqda problemlə üzləşə bilərlər.
Bağçalara qəbulda bu kimi problemlərin olması nəzərə alınacaqmı?
Modern.az vətəndaşları narahat edən bu suala cavab tapmaq üçün Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeydiyyat prosesi ilə bağlı alternativ qeydiyyat mərkəzləri yaradılacaq.