Rayon qeydiyyatında olan ailələrin övladları Bakıdakı uşaq bağçalarına qəbul prosesində iştirak edə biləcəklər.
Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
“Rayon qeydiyyatında olan, lakin Bakıda məskunlaşmış ailələrin uşaqları paytaxtda istənilən bağça qeydiyyatına düşə biləcək”, - deyə nazirlikdən verilən məlumatda vurğulanıb.
Qeyd edək ki,Azərbaycanda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq. Bağçalara onlayn qəbul sistemi gələn aydan - iyuldan istifadəyə veriləcək. Prosesin mərhələli şəkildə bütün ölkə üzrə həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin oxuyun:
Bağçalara qəbulla bağlı qeydiyyat mərkəzləri yaradılacaq - ÖZƏL