Modern.az

Sumqayıtda nəvə 84 yaşlı nənəsini öldürdü

Sumqayıtda nəvə 84 yaşlı nənəsini öldürdü

25 İyun 2022, 23:17

İyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokuroluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı