Modern.az

Zakir Həsənov ilk dəfə Fərrux əməliyyatından BƏHS ETDİ

Zakir Həsənov ilk dəfə Fərrux əməliyyatından BƏHS ETDİ

Qarabağ

27 İyun 2022, 10:23

"Bizi narahat edən bir neçə məsələ var. Onlardan ən əsası odur ki, imzalanmış 10 noyabr bəyanatında qanunsuz silahlı birləşmələr Azərbaycanın Qarabağ iqtisadi zonasını tərk etməlidirlər".

 

Modern.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov REAL TV-yə müsahibəsində deyib.

 

"Sülhməramlı qüvvələrin rəhbərliyi ilə bu istiqamətdə biz daimi iş aparırıq ki, bu məsələ aktual olsun və sülhməramlılar bunları bizim ərazimizdən çıxarsınlar. Düzdür, son vaxtlar bir neçə məsələ sənədləşdirilib, biz də bunu görürük və artıq bir neçə növ silahlar ərazimizdən çıxarılıb. Ancaq biz görürük ki, bu məsələ bizim istədiyimiz kimi deyil, hətta bəzi hallarda təxribatlara əl atırlar. Siyasi, terrorizim qurumları çalışırlar ki, hansısa qanunsuz təlimlər, tədbirlər keçirsinlər. Amma biz bunların qarşısını alırıq. Ancaq məsələ axıra kimi həll olunmayıb. Biz bunu daimi tələb edirik. Biz bu məsələni Türkiyə-Rusiya Birgə Mərkəzin qarşısında da qaldırırıq, təxribatlar törədiləndə, atəşkəs pozulanda biz bunları adı çəkilən Mərkəzə təqdim edirik. Çalışırıq ki, bu məsələni həll edək".

 

Z.Həsənov, həmçinin vurğulayıb ki, Azərbaycan Ordusu eyni zamanda öz tərəfindən də bəzi tədbirlər görür:

 

Məsələn, Fərrux kəndi istiqamətində təxribatlar daimi idi. Axırıncı dəfə ötən ilin sonlarında “Bakcell” şirkətinin əməkdaşını orda yaralamışdırlar. Prezidentin tapşırığı ilə Qarabağ iqtisadi zonasında böyük işlər görürük, xüsusilə Ağdam şəhərində. Biz bu böyüklükdə şəhərin təhlükəsizliyini təmin etməliyik. Əgər sülhməramlılar təhlükəsizliyi təmin edə bilmirlərsə, o zaman biz özümüz onu edərik. Mövqeylərimizi daha əlverişli yerlərə keçirməklə, Fərrux kəndinin ətrafındakı yüksəkliklərdə mövqeləndik. Bununla da biz Ağdam rayonunu və ətraf rayonların əməliyyat şəraitini nəzarətə götürdük. Biz mövqelənəndə ermənilər 2 dəfə təxribata əl atdılar, nəticədə bizdə bir yaralı oldu, onlardan 16 nəfəri yaraladıq, 4 nəfəri məhv etdik, ikinci dəfə bizdə iki hərbçimiz yüngül yaralandı, onlardan 2 nəfəri məhv etdik, 2-si isə yaralandı. Bundan nəticə çıxartmalıdırlar" , - deyə nazir bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi