Bakıda "Zil" markalı yük maşını avtobusu vurub.
Modern.az xəbər verir ki, hadisə Binə qəsəbəsi Sovxoz yaşayış sahəsində baş verib.
Belə ki, 27 iyun saat 15:30 radələrində karyer daşı ilə yüklənmiş “Zil” markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN-lı avtobusu vurub.
Qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib. Hadisə zamanı avtobusa zərər dəysə də, xəsarət alan olmayıb.