Modern.az

İƏT nazirləri Bakıda - Prezident müraciət ünvanladı

İƏT nazirləri Bakıda - Prezident müraciət ünvanladı

28 İyun 2022, 10:08

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci konfransı keçirilir.

 

Modern.az xəbər verir ki, tədbirdə təşkilata üzv olan ölkələrin turizm nazirləri, səfirlər və digər dövlət rəsmiləri iştirak edirlər.

 

Prezident İlham Əliyev iclas iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev oxuyub.

 

Müraciətdə bildirilib ki, 2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 ili tamam olub. İƏT Azərbaycanın müstəqillik qazandıqdan sonra qoşulduğu ilk təşkilatlardan biridir.

 

Bundan əlavə qeyd olunub ki, İƏT Ermənistanı təcavüzkar dövlət kimi tanıyan bir sıra qətnamələr qəbul edib. Ermənistan Azərbaycanın işğal altında saxladığı torpaqlarında İslam mədəniyyət abidələrini, məscidləri dağıdıb, orada heyvan saxlayaraq, təhqiredici əməllərə yol verib.

 

"2020-ci il müharibəsi zamanı İƏT-in Azərbaycana dəstəyini alqışlayırıq. Konfransda önəmli məsələlərin müzakirə olunacağına ümid edirəm. Tədbirin işinə uğurlar arzu edirəm", - müraciətdə vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi