Ermənistanın Baş naziri Nikol Paşinyan Fərrux kəndinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu təsdiq edib.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu barədə İrəvanda keçirdiyi onlayn mətbuat konfransında danışıb.
Qeyd edək ki, Azərbaycan hərbçiləri martın 24-dən sonra mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi nəticəsində Xocalının Fərrux kəndinə nəzarəti ələ alıb.