Modern.az

Zəngəzur dəhlizi Türk dünyası üçün uğurlu olacaq - SPİKER

Zəngəzur dəhlizi Türk dünyası üçün uğurlu olacaq - SPİKER

28 İyun 2022, 11:05

"Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasına təkan verməlidir". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova TürkPA-nın Qırğızıstanda keçirilən XI plenar iclasında iştirakı haqqında məlumat verərkən deyib.

 

Parlament sədri iclasda çıxışı zamanı Zəngəzur dəhlizinin açılması məsələsinə toxunduğunu bəyan edib: 

 

"İclasda qeyd etdim ki, əldə edilmiş razılaşmalara uyğun olaraq Zəngəzur dəhlizinin açılması Türk dünyasının coğrafi bağlantılarının yaxşılaşması baxımından uğurlu addım olacaq".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi