Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Göyçayda baş verən torpaq sürüşməsi ilə bağlı rəsmi açıqlama yayıb. Bildirilib ki, martın 6-da Göyçay şəhəri ərazisində, su-kanalizasiya xətti çəkilməsi üçün aparılan qazıntı işləri zamanı torpaq sürüşməsi baş verib. Nəticədə orada işləyən Ağdaş rayon sakini Xaləddin Əhmədov və Tovuz rayon sakini Nemət Əliyev torpağın altında qalıblar.
Görülmüş tədbirlər nəticəsində hər iki şəxs torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdiriliblər.
Modern.az