Modern.az

Qarabağ və Şərqi Zəngəzurdakı işlər qəhrəmanlıqdır

Qarabağ və Şərqi Zəngəzurdakı işlər qəhrəmanlıqdır

28 İyun 2022, 11:32

"Deputatların büdcəyə dəyişiklikləri Şuşada müzakirə etməsi bizim üçün həm də büdcədən ayrılan vəsaitlər hesabına işğaldan azad olmuş ərazilərdə Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq imkanı yaradıb". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

O qeyd edib ki, hər kəsin gəldiyi ümumi qənaətə görə, Qarabağda və Şərqi Zəngəzurda görülən işlər bu əraziləri düşməndan azad etmək kimi qəhrəmanlıqla müqayisə edilə biləcək qədər qəhrəmanlıqdır.

 

"Təqdim edilmiş qanun layihəsində 2022-ci il dövlət büdcəsi gəlirlərinin 2 381.8 milyon manat artırılaraq 29 197.8 milyon manata, xərclərinin isə 2 424.8 milyon manat artırılaraq 32 303.8 milyon manata çatdırılması təklif olunur. Dövlət büdcəsinin kəsirinin 43,0 milyon manat artaraq 3106,0 milyon manat məbləğində olacağı nəzərdə tutulur. 


Artırılan gəlirlərin 65%-i qeyri-neft, 35%-i isə neft gəlirləri hesabına formalaşacaq. Dövlət Vergi Xidməti xətti ilə yığılan vergilərin 2.9 milyard manat, Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların isə 345 milyon manat artırılması təklif olunur. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin 1 milyard 192 milyon manat azaldılması nəzərdə tutulub. 


Dövlət büdcəsinin əlavə gəlirləri qeyri-neft gəlirləri hesabına – 1 milyard 351 mln manat, əlavə neft gəlirləri hesabına 848 milyon manat, dövlət büdcəsində mövcud olan xərclər arasında yerdəyişmələrin aparılması hesabına 561 milyon manat, avtomobil yolları və ətraf mühitin mühafizəsi üzrə məqsədli büdcə fondlarının 2022-ci ilin əvvəlinə qalıqları hesabına müvafiq olaraq 181 milyon manat və 2.3 milyon manat, dövlət büdcəsinin kəsrinin genişləndirilməsi hesabına 43 milyon manat təşkil edəcək", - komitə sədri çıxışında vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi