Modern.az

“Seyid cəddinə arxayın olan kimi, biz də…” -  Siyavuş Novruzov

“Seyid cəddinə arxayın olan kimi, biz də…” -  Siyavuş Novruzov

28 İyun 2022, 11:48

"Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

O qeyd edib ki, büdcədə artan vəsait yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına daha çox yönəldilməlidir: 

 

"Qurumlar büdcədən ayrılan vəsaiti müəyyən qədər qənaətlə xərcləməlidir. Naxçıvana aviabiletlərin qiyməti də qalxıb. Mənə elə gəlir, həmin sahəyə müvəqqəti vəsait ayrılsa, insanlar əziyyət çəkməz. O vaxta qədər quru yolu açılar və biz Naxçıvana birbaşa gedərik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi