Modern.az

Müharibə veteranlarının təqaüdü 130 manat olsun! - TƏKLİF

Müharibə veteranlarının təqaüdü 130 manat olsun! - TƏKLİF

Parlament

28 İyun 2022, 11:50

"Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhidlərin ailələri və qazilərə fərq qoymamalıyıq". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

O təklif edib ki, bütün müharibə veteranlarının aylıq təqaüdü artırılsın: 

 

"Veteranların müavinəti 80 manatdan 130 manata çatdırılmalıdır. Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama