Modern.az

Diaspor fəalları Ukrayna ordusu üçün qan verdi - FOTO

Diaspor fəalları Ukrayna ordusu üçün qan verdi - FOTO

28 İyun 2022, 12:02

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov başda olmaqla təşkilatın rəhbər heyəti Ukrayna ordusu üçün qan verib.

 

Modern.az xəbər verir ki, H.Cavadovun bildirdiyinə görə, tədbir Kiyev Şəhər Donorluq Mərkəzində keçirilib. 

 

Qanvermə aksiyasında UABD-nin Ukraynanın digər vilayətlərində fəaliyyət göstərən nümayəndəliklərinin üzvləri də qoşulacaqlar. 

 

“Biz Ukraynaya hərtərəfli kömək edir, Ukrayna xalqının bir hissəsi olduğumuzu əməli işlərimizlə sübuta yetiririk” – deyə UABD rəhbəri vurğulayıb. 


Xatırladaq ki, Azərbaycan diaspor fəalları Ukrayna ordusuna, habelə müharibədən əziyyət çəkən dinc əhaliyə maddi yardımlar göstərir. Bununla yanaşı ölkənin bir çox azərbaycanlı vətəndaşları silaha sarılaraq Ukraynanın müdafiəsinə qalxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu