Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu millət vəkili Fazil Mustafanın son günlər mətbuatda daha çox qalmaqallarda adının hallanmasına münasibət bildirib. Bir müddət əvvəl Fazil Mustafa ilə aralarında anlaşılmamazlığın yarandığını deyən ADP sədri Fazil Mustafanın imici ilə bağlı məsələlərdə həssas olduğunu bildirib. S.Cəlaloğlu millət vəkilinin qalmaqallarda iştirak etməsinin həm mətbuatın, həm də onun reklamı olduğunu diqqətə çatdırıb.
“Hər bir insan öz şərəf və ləyaqətini qorumaq hüququna malikdir. Mən Fazil bəyi tanıyıram, açığı deyim soyuqqanlı adamdır. Amma bilirəm ki, o imici ile bağlı çox həssasdır. Hətta elə olub ki, mən ona aidiyyatı olmayan bir söz demişəm, o dərhal reaksiya verib.
Hesab etmirəm ki, Fazil bəy bunu reklam edir. O, qəzet üçün bir reklamdır. Bu qarşılıqlı reklamdır. Fazil bəy bu gün həqiqət uğrunda mübarizə aparırsa bu sadə vətəndaşlara bir örnəkdir”-deyə münasibət bildirib.
Qeyd edək ki, millət vəkili Fazil Mustafanın adı son günlər bir sıra qalmaqallarda hallandırılır. “Bu şəhərdə” yumoristik klubunun aktyotları Rafael və Coşqunla qalmaqalda iştirak edən deputat daha sonra həmkarı Elmira Axundova ilə söz duelinə çıxıb. Hətta F.Mustafa xanım həmkarını debata çağırıb. Millət vəkilinin yeni qalmaqalı siyasətçi Ərəstun Oruclu ilədir.
Anar RÜSTƏMOV