Modern.az

Koronavirus xəstələrinin sayı 3 dəfə artıb - Nazir

Koronavirus xəstələrinin sayı 3 dəfə artıb - Nazir

28 İyun 2022, 16:56

Qardaş Türkiyədə koronavirusla bağlı son məlumatlar açıqlanıb.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Fahrettin Koca koronavirusla bağlı vəziyyətin müsbətə doğru dəyişdiyini bildirib.

 

Nazir qeyd edib ki, son iki həftədə koronavirus xəstələrinin sayı 3 dəfədən çox artsa da, xəstəxanadakı xəstələrin sayı azalır: “Pis günlər geridə qaldı. Gələcəkdə bunun təkrarlanmasını düşünmək düzgün deyil".

 

Qeyd edək ki, Türkiyədə koronavirusla bağlı statistika həftəlik açıqlanır. 13-19 iyunda açıqlanan statistikaya əsasən, ölkədə 10 954 nəfər COVID-19-a yoluxub, virusa yoluxan 19 nəfər vəfat edib. İndiyədək ölkədə 15 096 696 nəfər koronavirusa yoluxub, test nəticələri müsbət çıxan 99 015 nəfər virusun qurbanı olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi