Modern.az

Çingiz Qənizadə: “Bu il də Seçki Monitorinq Mərkəzi yaradılacaq”

Çingiz Qənizadə: “Bu il də Seçki Monitorinq Mərkəzi yaradılacaq”

7 Mart 2013, 15:14

“2013-cü il prezident seçkisində Seçki Monitorinq Mərkəzinin yaradılması təşəbbüs var və seçkiyə az müddət qalmış reallaşacaq”. Bunu Modern.az-a Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, millət vəkili Çingiz Qənizadə deyib.

“2008-ci ilin prezident seçkisində Demokratiya və İnsan Hüquqları Komitəsində Seçki Monitorinq Mərkəzini yaratdıq. Müəyyən şəxsləri bura cəlb etməklə, rabitə əlaqələri yaratmaqla, seçki ilə bağlı müsbət və mənfi rəylərin toplanmasını və ümumiləşməsini həyata keçirdən bir layihə işlədik. İndi də belə bir layihə üzərində işləməyi düşünürəm. Seçkilərdən bir-iki ay öncə monitorinq mərkəzi yaradacağıq. Bu yəqin ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin ofisində və ya kirayə edəcəyimiz başqa bir yerdə reallaşacaq. Seçki günü, ondan bir neçə gün əvvəl və sonra, təxminən bir həftə ərzində bütün yerlərdən rəyləri öyrənəcəyik. Təbii ki, anonim zəngləri deyil, özünü təqdim edən şəxslərin rəylərini, fikirlərini, müraciətlərini ümumiləşdirəcəyik. Belə bir layihənin gerçəkləşməsi üzərində iş gedir”, – deyə Ç. Qənizadə qeyd edib.

Aqşin Kərimov  

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza