Modern.az

TQDK-dan müəllimlərlə bağlı daha bir xəbər

TQDK-dan müəllimlərlə bağlı daha bir xəbər

7 Mart 2013, 15:27

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlər başa çatıb.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, komisiyanın mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən respublikanın bütün şəhər və rayonlarında keçirilən bu seminarlar yanvarın 23-də başlamış və  14060-dan artıq nəzarətçi-müəllim iştirak edib.

İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər  25-30 nəfərlik qruplarla  keçirilib.

Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı prosedur qaydalar izah edilib, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib.  

Seminar-məşğələlərdə iştirakçıların sualları cavablandırılıb, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.  

Komisiyadan oda bildirilib ki, iştirakçılar  (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən aprel ayından keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar.  Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza