Modern.az

Bolqarıstan 70 rus diplomatı ölkədən çıxarır

Bolqarıstan 70 rus diplomatı ölkədən çıxarır

Dünya

28 İyun 2022, 22:16

Bolqarıstan 70 diplomatı və Rusiya səfirliyinin texniki heyətinin nümayəndələrini ölkədən çıxarmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Sofiyadakı səfirliyindən məlumat verilib.

 

Bolqarıstanın baş naziri Kiril Petkov Bolqarıstan parlamentində “səfirlik nümayəndələrinin xüsusi xidmət orqanlarının üzvləri olduğu müəyyən edilib” bəyanatını verib.

 

Petkov iyulun 3-dək Rusiya səfirliyinin əməkdaşlarını Moskvaya göndərəcək təyyarənin hazırlandığını da açıqlayıb.

 

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə tezliklə 70 diplomatın ölkədən çıxarılmasına cavab veriləcəyini bəyan edib.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir