Vəkil Raqif Mustafayev həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Bu barədə APA-a məlumat verən R. Mustafayev G. Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: “Gülər xanımın təzyiqi var. Ürəyi ağrıyır. Boğazındakı zob xəstəliyi ona əziyyət verir. Lakin əhval-ruhiyyəsi pis deyil” .
R. Mustafayev G. Əhmədova ilə görüşdə bir sıra hüquqi məsələləri müzakirə etdiklərini də bildirib: “Ona verilən əsassız ittihamlarla bağlı vəsatətlər hazırlayırıq. Bayramlardan sonra vəsatətləri təqdim edəcəyik”.
Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Modern.az