Modern.az

Çexiya Azərbaycanın etirazına cavab verdi

Çexiya Azərbaycanın etirazına cavab verdi

Təhsil

7 Mart 2013, 19:13

Çexiya Respublikasının Xarici Işlər Nazirliyi nazir Karel Şvarsenberqin cari ilin 4 mart tarixində Praqa şəhərində “People in need” təşkilatının mükafatlandırma mərasimində səsləndirdiyi fikirlərlə bağlı ANS-in sorğusuna cavab verib.

Nazirliyin mətbuat katibi Karl Srol bildirib ki, xarici işlər nazirinin tədbirdə Azərbaycanda insan haqlarının durumunu tənqid etməsi barədə erməni mətbuatının yaydığı məlumatlar doğru deyil.

Xatırladaq ki, Azərbaycanın Xarici Işlər Nazirliyi iki ölkə arasındakı münasibətlərin inkişafını, xüsusilə, son zamanlar dövlət başçıları səviyyəsində həyata keçirilmiş səfərləri nəzərə alaraq, bu məsələyə Çexiya tərəfindən aydınlıq gətirilməsini və üzr istənilməsini tələb edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza