Modern.az

Bu ölkədə meymunçiçəyinə yoluxanların çoxu KİŞİLƏRDİR

Bu ölkədə meymunçiçəyinə yoluxanların çoxu KİŞİLƏRDİR

Dünya

29 İyun 2022, 18:15

Böyük Britaniyada meymunçiçəyinə yoluxanların sayı artıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, ümumi yoluxma sayı 1035 nəfərə çatıb.

 

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, onların 79%-i Londondadır. Şotlandiyada 27, Uelsdə 9, Şimali İrlandiyada 5 xəstəlik halı var.

 

Xəstələrin böyük əksəriyyətinin kişilər olduğu bildirilir. Bu günə qədər ölkədə yaşayan yalnız beş qadının qanında virus aşkar edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir