Modern.az

Metroda GƏRGİN ANLAR - Sərnişinlər qatardan düşürüldü

Metroda GƏRGİN ANLAR - Sərnişinlər qatardan düşürüldü

Hadisə

29 İyun 2022, 19:18

Bu gün saat 19:00 radələrində metronun "Sahil" stasiyasında gərgin anlar yaşanıb.

 

Sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda anidən nasazlıq yaranıb.

 

Belə ki, qatar "İçərişəhər"dən "Sahil"ə doğru hərəkətdə olarkən müxtəlif səslər eşidilməyə başlayıb. Bu zaman sərnişinlər arasında panika yaşanıb. "Sahil" stansiyasında sərnişinlərdən dərhal qatarı tərk etmələri xahiş olunub.

 

Daha sonra qatar "Depo"ya yola salınıb. Xəttə əlavə qatar buraxılıb. Bununla belə, qatarlararası intervalda ləngimə yaranıb.

 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

 

Mətbuat xidmətinin rəhbəri bildirib ki, "İçərişəhər"-"Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi anidən işə düşüb.

 

"Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri "Sahil" stansiyasında düşürüb və yoluna davam edib. Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib. Bu səbəbdən "Nəriman Nərimanov"-"Həzi Aslanov" istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb", B.Məmmədov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı