Modern.az

Ərəb spiker Bakıdan Fələstinlə bağlı ÇAĞIRIŞ ETDİ

Ərəb spiker Bakıdan Fələstinlə bağlı ÇAĞIRIŞ ETDİ

Aktual

30 İyun 2022, 15:44

"Qoşulmama Hərəkatının üzvləri paytaxtı Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəkləyir". 

 

Modern.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən Ərəb Parlamentinin rəhbəri Adel Əl-Asoomi danışıb.

 

"Bu mühüm konfransda çağırış edirəm ki, Fələstin problemi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin gündəmində əsas yer tutsun. Bu məsələnin konfransda bir daha təsdiqini tapmasını istəyirəm. Ərəb Parlamenti qəbul edir ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi mütərəqqi bir parlament mexanizmi olacaq. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransını yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycana təşəkkür edirik”, - deyə Adel Əl-Asoomi qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi