Modern.az

Kissincer Ukrayna müharibəsinin üç mümkün nəticəsindən DANIŞDI

Kissincer Ukrayna müharibəsinin üç mümkün nəticəsindən DANIŞDI

1 İyul 2022, 09:16

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Spatator” nəşrinə müsahibəsində Ukraynadakı münaqişənin üç mümkün nəticəsi haqda danışıb.

Modern.az xəbər verir ki, Kissincerin sözlərinə görə, birinci ssenari rus qoşunlarının hazırkı mövqelərində qalmasını nəzərdə tutur. Siyasətçi bildirib ki, bu halda Rusiya Ukraynanın 20 faizini və Donbasın böyük hissəsini, əsas sənaye və kənd təsərrüfatı rayonlarını və Qara dəniz boyu torpaq zolağını “alacaq”.

Kissincerin fikrincə, belə variant Rusiya tərəfinin qələbəsi olardı.
 

İkinci ssenaridə Ukraynanın Rusiyanı Krımdan “qovmağa çalışacağı” güman edilir. Siyasətçi hesab edir ki, bu halda birbaşa Qərb-Rusiya müharibəsi yaranacaq.
 

Üçüncü ssenari odur ki, Ukrayna Rusiyanı “saxlaya bilsin” və qarşıdurma xətti müharibə başlamazdan əvvəlki sərhədlərə “sıxılsın”. Bu da Moskvanın məğlubiyyəti deməkdir. Kissincer qeyd edib ki, bu halda Kiyev yenidən silahlanacaq, Ukrayna ilə NATO arasında sıx əlaqələr qurulacaq, ya da bu dövlət alyansın bir hissəsi olacaq.


ABŞ-ın keçmiş dövlət katibi əmindir ki, Ukrayna prezidenti Vladimir Zelenski üçüncü variantı həyata keçirmək niyyətindədir. Siyasətçi bu ssenarini Qərb dövlətləri üçün “əhəmiyyətli nailiyyət” adlandırıb. O əlavə edib ki, Şimali Atlantika Alyansı Finlandiya və İsveçin də qoşulması ilə daha da güclənəcək və Ukrayna “Avropada ən böyük quru qoşunlarına” sahib olacaq.
 

May ayında Kissincer Ukraynanı toqquşmadan qaçmaq üçün ərazi güzəştlərinə getməyə çağırmışdı. Onun fikrincə, Qərb Rusiyanı hərbi yolla məğlub etmək cəhdlərini dayandırmalıdır.
 

Diplomat bildirib ki, tərəflər arasında danışıqlar bərpa olunmasa, "şoklar başlayacaq" və "elə gərginliklər yaranacaq ki, bunun öhdəsindən gəlmək asan olmayacaq".

Kissincer Moskva və Kiyevə əvvəlki vəziyyətinə qayıtmağı tövsiyə edib, "əks halda, Avropada böyük qeyri-sabitlik ocağı yaranacaq". O, həmçinin Avropa ölkələrini geniş mənzərəni nəzərdən keçirməyə və "Rusiyanın 400 ildir Avropanın ayrılmaz hissəsi olduğunu" xatırlamağa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər