Modern.az

DİN-dən sabahkı aksiya ilə bağlı sərt xəbərdarlıq

DİN-dən sabahkı aksiya ilə bağlı sərt xəbərdarlıq

9 Mart 2013, 11:50

Daxili İşlər Nazirliyi gənclərin martın 10-a təyin etdiyi etiraz aksiyası ilə bağlı xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə Modern.az-a açıqlamasında bildirib ki, Bakı şəhər İcra Hakimiyəti ilə razılaşdırılmamış qanunsuz aksiyanın qarşısı alınacaq.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış, ictimai qaydanın pozulmasına yönəlmiş istənilən qanunsuz askiyanın qarşısı qətiyyətlə alınacaq”-deyə O.Mansurzadə bildirib

Qeyd edək ki, sabah bir qrup gənc tərəfindən Bakıda “Əsgər ölümünə son!” askiyasının keçirilməsi planlaşdırılır.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza